23 oktyabr 2024. Çərşənbə

Mahir Emreli İmmobile və Qrizmann'ı qabaqladı


  • Avroliqa
  • 19:07 02.10.2021
  • Oxunma sayı: 163
Mahir Emreli İmmobile və Qrizmann'ı qabaqladı

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) 2021-ci ildə ən çox qol vuran futbolçuların siyahısını açıqlayıb.

Corner.az xəbər verir ki, siyahıda Polşanın “Legiya” klubunda çıxış edən azərbaycanlı hücumçu Mahir Emreli də yer alıb.

O, bu il “Qarabağ”la 13, “Legiya” ilə isə 10 qol vurub. Mahir 23 qolla siyahının 44-cü pilləsində qərarlaşıb.

56 oyunçunun yer aldığı siyahıda Mahir “Latsio”dan Ciro İmmobileni, “Atletiko”dan Antoan Qrizmannı qabaqlayıb.

2021-ci ildə ən çox qol vuran futbolçu “Bayern”in hücumçusu Robert Levandovskidir. Polşalı oyunçu 50 qola imza atıb.

Mahir bu ilin iyul ayında “Qarabağ”dan “Legiya”ya keçib.







Avroliqa

AL:"Qalatasaray" xal itirdi
  • Avroliqa
  • 23:20 03.10.2024
AL:"Qalatasaray" xal itirdi