23 oktyabr 2024. Çərşənbə

UEFA Qalatasaray'ın oyunundakı erməni bayrağına görə intizam işi açdı


  • Avroliqa
  • 22:59 05.10.2021
  • Oxunma sayı: 158
UEFA Qalatasaray'ın oyunundakı erməni bayrağına görə intizam işi açdı

UEFA-nın İntizam Komitəsi Avropa Liqasının qrup mərhələsi çərçivəsində Fransada “Marsel”lə Türkiyə “Qalatasaray”ı arasında keçirilmiş oyunda baş vermiş insidentlə bağlı intizam işi açıb.

Corner.az qurumun rəsmi saytına istinadən xəbər verir ki, məsələyə oktyabrın 18-də baxılacaq. Qərar isə 4 gün sonra açıqlanacaq.

Qolsuz heç-heçə ilə başa çatan görüş azarkeşlər arasındakı qalmaqala görə 37-ci dəqiqədə dayandırılıb. Hadisəyə yerli fanatların tribunada Ermənistan bayrağı açması səbəb olub. Hər iki komandanın azarkeşləri müxtəlif pirotexniki vasitələrdən istifadə edərək, bir-birlərinə məşəl atmağa başlayıblar. Polis iğtişaşın qarşısını almaq məqsədi ilə gözyaşardıcı qazdan istifadə edib.







Avroliqa

AL:"Qalatasaray" xal itirdi
  • Avroliqa
  • 23:20 03.10.2024
AL:"Qalatasaray" xal itirdi