5 dekabr 2025. Cümə

UEFA Qarabağ'ın indiki və sabiq futbolçularının qollarını paylaşdı - VİDEO


  • Avroliqa
  • 17:45 07.10.2021
  • Oxunma sayı: 194
UEFA Qarabağ'ın indiki və sabiq futbolçularının qollarını paylaşdı - VİDEO

UEFA Avropa Liqasının rəsmi "Tvitter" hesabı "Legiya" klubunda çıxış edən Azərbaycan millisinin futbolçusu Mahir Emrelinin qolunu paylaşıb.

Corner.az-ın məlumatına görə, Varşava təmsilçisinin iki oyuna 2 qələbə qazandığını xatırladan qitə futbol qurumu 24 yaşlı hücumçunun turnirin qrup mərhələsinin II turunda evdə İngiltərə "Lester"inə vurduğu qolu fərqləndirib.

Səhifə həmçinin "Qarabağ"ın futbolçusu Kadi Borgesin Kiprdə "Omoniya"ya 4:1 hesabı ilə qalib gəldikləri UEFA Konfrans Liqasının qrup mərhələsinin II tur oyunundakı ilk qolunu yayımlayıb. UEFA bu qolun 10 ballıq şkala ilə qiymətləndirilməsini istəyib.

Qeyd edək ki, Mahir Emreli "Legiya"ya bu mövsüm "Qarabağ"dan keçib.







Avroliqa