23 oktyabr 2024. Çərşənbə

Legiya'dan UEFA-ya cavab: Onu MaHEROvski deyə çağırın!


  • Avroliqa
  • 10:08 08.10.2021
  • Oxunma sayı: 166
Legiya'dan UEFA-ya cavab: Onu MaHEROvski deyə çağırın!

 Avropa Liqasının rəsmi “Twitter” səhifəsində “Legiya”nın hücumçusu Mahir Emrelinin “Lester Siti”nin qapısına vurduğu qolun videosu paylaşılıb.

Corner.az xəbər verir ki, Polşa təmsilçisinin “Twitter” səhifəsi də 24 yaşlı hücumçu ilə bağlı bu paylaşıma biganə qalmayıb.

Polşa klubunun mətbuat xidməti UEFA-nın paylaşımına “Onu MaHEROvski deyə çağırın” sözləri yazılmış “tvit”lə cavab verib.

“MaHEROvski” sözündə yer alan “Hero” ingilis dilindən “qəhrəman” kimi tərcümə olunur.







Avroliqa

AL:"Qalatasaray" xal itirdi
  • Avroliqa
  • 23:20 03.10.2024
AL:"Qalatasaray" xal itirdi