21 mart 2026. Şənbə

Mən Terimi tülkü baş məşqçi adlandırardım - Lokomotiv'in yeni baş məşqçisi


  • Avroliqa
  • 17:02 20.10.2021
  • Oxunma sayı: 166
Mən Terimi tülkü baş məşqçi adlandırardım - Lokomotiv'in yeni baş məşqçisi

Rusiyanın "Lokomotiv" komandasının yeni baş məşqçisi Markus Gisdol Türkiyənin "Qalatasaray" komandasına rəhbərlik edən Fatih Terim barədə danışıb.

Corner.az-ın məlumatına görə, 52 yaşlı mütəxəssis rəqib həmkarını yaxşı tanıdığını və dəst-xəttinin komandada hiss olunduğunu bildirib.

"Mən onu tülkü baş məşqçi adlandırardım. "Qalatasaray" taktiki cəhətdən intizamlı komandadır. Cinahlarda çox sürətli oyunçuları var, pressinqdən yaxşı çıxır, hücuma çox təhlükəli atılırlar. Terim bizə bir neçə rebus və teorem verəcək ki, onları da tapmağımız lazımdır".

Qeyd edək ki, oktyabrın 21-də keçiriləcək "Lokomotiv" - "Qalatasaray" matçı Bakı vaxtı ilə saat 23:00-da başlanacaq.







Avroliqa

"Komandamın oyunundan razıyam"
  • Avroliqa
  • 12:10 20.03.2026
"Komandamın oyunundan razıyam"