5 dekabr 2025. Cümə

Legiya'nın baş məşqçisi Mahirdən narazıdır


  • Avroliqa
  • 16:21 21.10.2021
  • Oxunma sayı: 176
Legiya'nın baş məşqçisi Mahirdən narazıdır

Polşanın “Legiya” komandası Avropa Liqasının qrup mərhələsinin 3-cü turunda bu gün “Napoli”nin qonağı olacaq.

Corner.az xəbər verir ki, azərbaycanlı hücumçu Mahir Emreli sözügedən səfər matçında əsas heyətdə yer almaya bilər. Bu barədə “legia.net” saytı məlumat yayıb.

Məlumatda, komandanın baş məşqçisi Çeslav Mixneviçin 24 yaşlı hücumçunun performansından narazı olduğu və bu səbəbdən ona əsas heyətdə şans verməyəcəyi bildirilib.

“Napoli” – “Legiya” matçı saat 23:00-da başlayacaq.







Avroliqa