5 dekabr 2025. Cümə

İngiltərə klubunda 63 ildən sonra ilk


  • Avroliqa
  • 20:30 21.10.2021
  • Oxunma sayı: 171
İngiltərə klubunda 63 ildən sonra ilk
Avropa Liqasının qrup mərhələsinin 3-cü turu çərçivəsində baş tutan Moskva “Spartak”ı ilə oyun “Lester Siti”nin hücumçusu Patson Daka üçün əlamətdar olub. Corner.az xəbər verir ki, zambiyalı futbolçu bu qarşılaşmada 4 qol vurub.
 
23 yaşlı futbolçu son 63 il ərzində bütün turnirlərdə poker edən ilk “Lester Siti”lidir. İlk dəfə 1958-ci ilin noyabrında Derek Hines “Aston Villa” ilə qarşılaşmada 4 dəfə fərqlənib.
 
Patson həm də Yakob Mulenqadan sonra avrokuboklarda 3 və daha çox qol vuran ikinci zambiyalı futbolçu kimi tarixə düşüb. Mulenqa 2013-cü il iyulun 25-də “Utrext”in heyətində het-trikə imza atıb.
 
“Lester Siti” səfərdə qarşılaşdığı “Spartak”la oyundan 4:3 hesablı qələbə ilə ayrılıb.






Avroliqa