- Avroliqa
- 15:52 28.01.2026
"Nəticə 80 dəqiqə ərzində baş verənləri əks etdirmir. Çünki son 10 dəqiqə həlledici oldu".
Corner.az-ın məlumatına görə, bunu Polşa "Legiya"sının baş məşqçisi Çeslav Mixneviç İtaliyada "Napoli"yə 0:3 hesabı ilə uduzduqları UEFA Avropa Liqasının qrup mərhələsinin III tur oyunundan sonra mətbuat konfransında deyib.
51 yaşlı mütəxəssis hərdən oyunçu əvəzləmələri əhəmiyyət kəsb etdiyini bildirib: "Nəticə komandaları qane etməyəndə hansısa anda meydana ehtiyat oyunçular buraxılır. Onlar adi vaxtda heyətdə yer alanlardan ibarət olur. Bu oyunda da gücümüzü itirdikdə əvəzetmələr etdik. Elə rəqib komanda da dəişikliklərə əl atdı. Onların rotasiyaları daha yaxşı alındı. Əvvəllər də komandamıza kömək etmiş iki oyunçumuz - Emreli və Kastratinin ifasında iki qol imkanı yaratdıq. Fərqlənə bilərdik, amma bu, baş vermədi. Hamı bu iki epizoda təəssüflənir".
Belaruslu mütəxəssis ələ düşən fürsətlərdən yararlanmaq lazım olduğunu vurğulayıb: "Bilirdik ki, elə də çox imkanımız olmayacaq. Fürsətlərimizdən istifadə etməli idik. İki önəmli hücumu sona çatdıra bilmədik. Əvəzində rəqib bu epizodlardan sonra əks-hücumda bizə qol vurdu"