29 yanvar 2026. Cümə axşamı

Mourinyo karyerasının ən ağır məğlubiyyətini yaşayıb


  • Avroliqa
  • 22:45 22.10.2021
  • Oxunma sayı: 181
Mourinyo karyerasının ən ağır məğlubiyyətini yaşayıb

Avropa Konfrans Liqasının qrup mərhələsinin 3-cü turu çərçivəsində Norveçin “Bude-Qlimt” komandası ilə oyun “Roma”nın baş məşqçisi Joze Mourinyo üçün antirekordla yadda qalıb.

Corner.az xəbər verir ki, 58 yaşlı mütəxəssisin çalışdırdığı komanda Norveçdə baş tutan bu oyunda 1:6 hesabıyla məğlub olub.

Mourinyonun rəhbərlik etdiyi bir komanda ilk dəfə qapısından 6 qol buraxıb. Buna qədər portuqaliyalı mütəxəssisin ən ağır məğlubiyyəti “Real”ı çalışdırdığı dönəmdə “Barselona” ilə oyunda olub – 0:5.

Mourinyo məşqçilik karyerasına 2002-ci ildə başlayıb. O, bu müddət ərzində “Benfika”, “Uniao de Leyrya”, “Portu”, “Çelsi”, “İnter”, “Real”, “Mançester Yunayted” və “Tottenhem”i çalışdırıb. Mourinyo baş məşqçi kimi 1008 matçda komandalarının başında olub.

Joze Mourinyonun ən ağır məğlubiyyətləri:

Roma – Bude-Qlimt 1:6
Real – Barselona 0:5
Mançester Yunayted – Çelsi 0:4
Real – Borussiya (Dortmund) 1:4
Çelsi – Liverpul 1:4







Avroliqa