29 yanvar 2026. Cümə axşamı

Federasiya Qalatasaray'ın azarkeşlərlə bağlı tələbini rədd etdi


  • Avroliqa
  • 14:10 03.11.2021
  • Oxunma sayı: 163
Federasiya Qalatasaray'ın azarkeşlərlə bağlı tələbini rədd etdi

"Qalatasaray" klubu Rusiya "Lokomotiv"inə qarşı UEFA Avropa Liqasının qrup mərhələsinin IV tur oyunu üçün Türkiyə Futbol Federasiyasına (TFF) müraciət edib.

Corner.az "NTV Spor"a istinadən xəbər verir ki, "sarı-qırmızılar" həmin qarşılaşmada stadionun tam dolmasını istəyib.

TFF azarkeşlərlə bağlı məhdudiyyətin noyabrın 9-da aradan qaldırılacağını əsas gətirərək İstanbul təmsilçisinə rədd cavabı verib.

Qeyd edək ki, noyabrın 4-də NEF stadionunda keçiriləcək "Qalatasaray" - "Lokomotiv" qarşılaşması Bakı vaxtı ilə saat 21:45-də başlayacaq.

Noyabrın 9-dan Türkiyədə azarkeşlərlə bağlı məhdudiyyət aradan qaldırılacaq. Yalnız koronavirus peyvəndi olan fanatlar tribunalara buraxılacaqlar.







Avroliqa