29 yanvar 2026. Cümə axşamı

Mahir Emreli Napoli'yə qol vurdu


  • Avroliqa
  • 22:09 04.11.2021
  • Oxunma sayı: 225
Mahir Emreli Napoli'yə qol vurdu

Azərbaycan millisinin futbolçusu Mahir Emreli Polşa "Legiya"sında növbəti qolunu vurub.

Corner.az-ın məlumatına görə, 24 yaşlı hücumçu evdə İtaliya "Napoli"sinə qarşı keçirdikləri UEFA Avropa Liqasının qrup oyununda fərqlənib.

Emreli, görüşün 11-ci dəqiqəsində rəqib qapısından topu keçirməklə hesabı açıb.

Qeyd edək ki, bu, Emrelinin Varşava təmsilçisində 11-ci qolu olub.







Avroliqa