23 oktyabr 2024. Çərşənbə

Legiya'nın bir parçası olduğum üçün qürur duyuram - Emreli


  • Avroliqa
  • 10:59 06.11.2021
  • Oxunma sayı: 148
Legiya'nın bir parçası olduğum üçün qürur duyuram - Emreli

"Açığı, son avrokubok oyunundakı nəticənin ümumi çıxışımızı əks etdirdiyinə inanmıram. Biz çox səy göstərdik və güclü komanda işi hissi nümayiş etdirdik, lakin bu həmişə kifayət etmir".

Corner.az-ın məlumatına görə, bu fikirləri Polşa "Legiya"sının futbolçusu Mahir Emreli evdə "Napoli"yə 1:4 hesabı ilə məğlub olduqları UEFA Avropa Liqasının qrup oyunundan sonra şəxsi instaqram səhifəsində yazıb.

Azərbaycan millisinin hücumçusu  bəzən, sadəcə, bəxt amili çatmadığını bildirib: "Bununla belə, düşünürəm ki, komanda ruhu bizimlə qalacaq və qarşıdakı oyunların nəticələrində özünü göstərəcək".

24 yaşlı futbolçu sonda çətin dövrdə komandaya dəstək olan azarkeşlərə təşəkkür edib: "Bu klubun bir parçası olduğum üçün çox xoşbəxtəm və qürur duyuram. İndi bizim sizi qürurlandırmaq növbəmizdir".

Qeyd edək ki, "Napoli" ilə matçda "Legiya"nın yeganə qolunu 11-ci dəqiqədə Mahir Emreli vurub.







Avroliqa

AL:"Qalatasaray" xal itirdi
  • Avroliqa
  • 23:20 03.10.2024
AL:"Qalatasaray" xal itirdi