20 iyun 2026. Şənbə

UEFA Qalatasaray'ın şikayətini rədd etdi


  • Avroliqa
  • 00:40 12.11.2021
  • Oxunma sayı: 188
UEFA Qalatasaray'ın şikayətini rədd etdi

UEFA “Qalatasaray”ın Avropa Liqasının 4-cü turunda Moskva “Lokomotiv”i ilə oyununun yenidən keçirilməsində dair müraciətini rədd edib.

Corner.az xəbər verir ki, bu barədə qurumun rəsmi saytı məlumat yayıb.

Noyabrın 4-də İstanbulda keçirilən görüşün (1:1) baş hakimi Sandro Şerer “Lokomotiv”in futbolçusu Dmitri Jivoqlyadova iki dəfə sarı vərəqə göstərsə də, oyunçu meydandan qovulmayıb. Türkiyə klubu da məhz buna görə matçın təkrar keçirilməsini tələb edirdi.







Avroliqa