23 oktyabr 2024. Çərşənbə

Spartak - Napoli matçı neytral meydanda keçirilməsini təklif edib


  • Avroliqa
  • 13:46 21.11.2021
  • Oxunma sayı: 139
Spartak - Napoli matçı neytral meydanda keçirilməsini təklif edib

İtaliyanın "Napoli" klubunun prezidenti Aurelio De Laurentis UEFA-ya müraciət ünvanlayıb.

Corner.az "AreaNapoli" nəşrinə istinadən xəbər verir ki, 72 yaşlı funksioner Rusiyanın "Spartak" (Moskva) komandasına qarşı UEFA Avropa Liqasının qrup oyununun neytral meydanda keçirilməsini təklif edib.

İtaliyalı funksioner bunu Moskvada koronavirusla bağlı çətin vəziyyət olduğu üçün bildirib: "Səfər oyununa görə narahatam, müəyyən qorxular var. UEFA-dan daha çox təhlükəsizliyi təmin edəcək bir həll yolu tapmasını xahiş etdim. Qarşılaşmanı neytral meydanda keçirmək olar deyə təklif etdim. Fikrim nəzərə alınsa da lakin həyata keçirilmədi".

Qeyd edək ki, "Spartak" - "Napoli" görüşü noyabrın 24-də başa tutacaq.







Avroliqa

AL:"Qalatasaray" xal itirdi
  • Avroliqa
  • 23:20 03.10.2024
AL:"Qalatasaray" xal itirdi