21 mart 2026. Şənbə

Mahir Lester'lə oyunda penaltidən fərqlənə bilməyib


  • Avroliqa
  • 00:42 26.11.2021
  • Oxunma sayı: 187
Mahir Lester'lə oyunda penaltidən fərqlənə bilməyib

Polşanın "Legiya" klubunun futbolçusu Mahir Emreli səfərdə "Lester"ə qarşı keçirdikləri UEFA Avropa Liqasının qrup oyununda qol şansını əldən verib.

Corner.az-ın məlumatına görə, 24 yaşlı hücumçu 25-ci dəqiqədə penaltidən yararlana bilməyib. Millimizin üzvünün zərbəsini meydan sahiblərinin qapıçısı Kasper Şmeyxel dəf edib.

Buna baxmayaraq, qonaqlar epizodun davamında fərqlənməyi bacarıblar. Filip Mladenoviç qolkiperin qaytardığı topu təkrar zərbə ilə qapıdan keçirib. Serbiyalı müdafiəçi bu qolla hesab arasındakı fərqi azaldıb - 1:2.

Qeyd edək ki, hazırda qarşılaşmada ilk hissə oynanılır.







Avroliqa

"Komandamın oyunundan razıyam"
  • Avroliqa
  • 12:10 20.03.2026
"Komandamın oyunundan razıyam"