23 oktyabr 2024. Çərşənbə

Legiya azarkeşləri 12 ingiltərəli polisi döyüb


  • Avroliqa
  • 11:53 27.11.2021
  • Oxunma sayı: 182
Legiya azarkeşləri 12 ingiltərəli polisi döyüb

Polşanın "Legiya" klubunun azarkeşləri UEFA Avropa Liqasının qrup mərhələsində İngiltərədə "Lester"lə 5-ci tur matçı zamanı 12 polisi döyüblər.

Corner.az-ın məlumatına görə, Varşava komandasının fanatları yerli tərəfdarların olduqları tribunaya girərək, onlarla dalaşmaq istəyiblər. Amma bu zaman onlar hüquq-mühafizə işçilərinin müqaviməti ilə üzləşiblər.

Tərəflər arasında baş vermiş toqquşmada "Legiya"nın 7 fanatı saxlanılıb.

Qeyd edək ki, görüş "Lester"in qələbəsi ilə yekunlaşıb - 3:1. "Legiya"nın yeganə qolunu Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin penaltini qaçırmasından sonra təkrar zərbə ilə Filip Mladenoviç vurub.







Avroliqa

AL:"Qalatasaray" xal itirdi
  • Avroliqa
  • 23:20 03.10.2024
AL:"Qalatasaray" xal itirdi