23 oktyabr 2024. Çərşənbə

Avroliqada da qrup mərhələsi yekunlaşdı


  • Avroliqa
  • 10:30 10.12.2021
  • Oxunma sayı: 328
Avroliqada da qrup mərhələsi yekunlaşdı

Avropa Liqasında qrup mərhələsinin sonuncu – 6-cı turunun oyunları keçirilib. Corner.az xəbər verir ki, azərbaycanlı hücumçu Mahir Emrelinin çıxış etidiyi “Legiya” komandası doğma meydanda Moskva “Spartak”ı ilə üz-üzə gəlib. Qrupun digər matçında “Napoli” “Lester Siti” ilə qarşılaşıb. Qrupda hər bir komandanın pley-off mərhələsinə yüksəlmək şansları var idi. Görüşlərdən qələbə ilə ayrılan “Spartak”la “Napoli” növbəti mərhələyə yüksəlib.

Türkiyənin “Qalatasaray” komandası səfərdə “Latsio”nun qonağı olub. “Sarı-qırmızılar”a qrup lideri kimi növbəti mərhələyə yüksəlmək üçün heç-heçə də sərf edirdi. Elə də olub, görüşdə qapılara qol vurulmayıb. Qrupun digər oyununda “Marsel” Moskva “Lokomotiv”i ilə üz-üzə gəlib və minimal hesabla qalib gəlib. Türkiyənin digər təmsilçisi "Fənərbaxça" isə doğma meydanda Almaniyanın "Frankfurt" komandasını qəbul edib və bu görüşdə qalib müəyyənləşməyib. "Real Sosyedad" doğma meydanda Niderlandın "PSV" klubunu qəbul edib və darmdağınla qalib gəlib. "Vest Hem" isə doğma meydanda Xorvatiyanın Zaqreb "Dinamo"suna minimal hesabla uduzub.

Avropa Liqası
Qrup mərhələsi, 6-cı tur
9 dekabr

A qrupu

Olimpik (Lion, Fransa) – Reyncers (Şotlandiya) 1:1
Qol: Bassey, 49-öz qapısına – Rayt, 42.

Sparta (Praqa, Çexiya) – Brondbü (Danimarka) 2:0
Qol: Hançko, 43. Hlojek, 49.

Xal durumu: Olimpik – 16, Reyncers – 8, Sparta – 7, Brondbü – 2.

B qrupu

Şturm Qrats (Avstriya) – Monako (Fransa) 1:1
Qol: Yantşer, 6-pen – Volland, 30.

Real Sosyedad (İspaniya) – PSV (Niderland) 3:0
Qol: Oyarzabal, 43-pen; 62. Sörlot, 90+3.

Xal durumu: Monako – 12, Real Sosyedad – 9, PSV – 8, Şturm Qrats – 2.

C qrupu

Legiya (Polşa) – Spartak (Moskva, Rusiya) 0:1
Qol: Bakayev, 17.

Napoli (İtaliya) – Lester Siti (İngiltərə) 3:2
Qol: Unas, 4. Elmas, 24; 53 – Evans, 27. Hall, 33.

Xal durumu: Spartak – 10, Napoli – 10, Lester Siti – 8, Legiya – 6.

D qrupu

Fənərbaxça (Türkiyə) – Ayntraxt (Almaniya) 1:1
Qol: Berişa, 42 – Sou, 29.

Antverpen (Belçika) – Olimpiakos (Yunanıstan) 1:0
Qol: Balikvişa, 7.

Xal durumu: Ayntraxt – 12, Olimpiakos – 9, Fənərbaxça – 6, Antverpen – 5.

E qrupu

Olimpik (Marsel, Fransa) – Lokomotiv (Moskva, Rusiya) 1:0
Qol: Milik, 35.

Latsio (İtaliya) – Qalatasaray (Türkiyə) 0:0

Xal durumu: Qalatasaray – 12, Latsio – 9, Olimpik – 7, Lokomotiv – 2.

F qrupu

Braqa (Portuqaliya) – Srvena Zvezda (Serbiya) 1:1
Qol: Qaleno, 52-pen – Katay, 70-pen.

Ludoqorets (Bolqarıstan) – Midtyulland (Danimarka) 0:0

Xal durumu: Srvena Zvezda – 11, Braqa – 10, Midtyulland – 9, Ludoqorets – 2.

G qrupu

Ferentsvaroş (Macarıstan) – Bayer (Almaniya) 1:0
Qol: Layduni, 82.

Seltik (Şotlandiya) – Betis (İspaniya) 3:2
Qol: Uelş, 3. Henderson, 72. Ternbull, 78-pen – Beyn, 69-öz qapısına. B.İqlesias, 75.

Xal durumu: Bayer – 13, Betis – 10, Seltik – 9, Ferentsvaroş – 3.

H qrupu

Vest Hem (İngiltərə) – Dinamo (Zaqreb, Xorvatiya) 0:1
Qol: Orşiç, 4.

Genk (Belçika) – Rapid (Avstriya) 0:1
Qol: Lyubiçiç, 29.

Xal durumu: Vest Hem – 13, Dinamo – 10, Rapid – 7, Genk – 5.







Avroliqa

AL:"Qalatasaray" xal itirdi
  • Avroliqa
  • 23:20 03.10.2024
AL:"Qalatasaray" xal itirdi