5 dekabr 2025. Cümə

Ukrayna klubları son 14 ildə ilk dəfə ...


  • Avroliqa
  • 10:34 10.12.2021
  • Oxunma sayı: 368
Ukrayna klubları son 14 ildə ilk dəfə ...

Ukrayna klubları son 14 ildə ilk dəfə avrokuboklarda təmsil olunmayacaq.

Corner.az-ın məlumatına görə, Çempionlar Liqasının qrup mərhələsində çıxış etmiş "Şaxtyor" və "Dinamo" (Kiyev) komandaları qruplarında sonuncu olublar. Konfrans Liqasında mübarizə aparmış "Zarya" (Luqansk) isə qrupu 3-cü başa vurub.

Qeyd edək ki, Ukraynadan fərqli olaraq, Azərbaycan ilk dəfə mövsümün ilk yarısını adlamağı bacarıb. Bu, "Qarabağ"ın sayəsində mümkün olub. Ağdam komandası Konfrans Liqasında qrup ikincisi kimi pley-off mərhələsinə yüksəlib. Rəqibin adına dekabrın 13-də püşk nəticəsində aydınlıq gələcək.







Avroliqa