5 dekabr 2025. Cümə

25 ildən sonra qrup mərhələsində birinci oldular


  • Avroliqa
  • 15:55 10.12.2021
  • Oxunma sayı: 220
25 ildən sonra qrup mərhələsində birinci oldular

Rusiyanın "Spartak" (Moskva) klubu 25 ildən sonra avrokubokların qrup mərhələsini birinci pillədə başa vurub.

Corner.az-ın məlumatına görə, Ruy Vitoriyanın baş məşqçi olduğu komanda buna Polşada "Legiya"ya 1:0 hesabı ilə qalib gəldikləri UEFA Avropa Liqasının qrup mərhələsinin 6-cı tur matçında nail olub.

Moskva təmsilçisi daha əvvəl 1995/1996 mövsümündə UEFA Çempionlar Liqasında belə uğura imza atıb. Həmin vaxt "Legiya" ikinci yeri tutub.

Qeyd edək ki, "Spartak" C qrupunda İtaliya "Napoli"si ilə birgə 10 xal toplayıb. Komanda hər iki matçda rəqibinə qalib gəldiyi üçün 1/8 finala yüksəlib.







Avroliqa