5 dekabr 2025. Cümə

UEFA Mahir Emrelinin klubunu cəzalandırdı


  • Avroliqa
  • 14:26 12.12.2021
  • Oxunma sayı: 257
UEFA Mahir Emrelinin klubunu cəzalandırdı
UEFA-nın Nəzarət, Etika və İntizam Komitəsi azərbaycanlı hücumçu Mahir Emrelinin çıxış etdiyi “Legiya” (Polşa) klubunu cəzalandırıb. Corner.az qurumun saytına istinadən xəbər verir ki, Varşava təmsilçisi Avropa Liqasında “Napoli”yə qarşı keçirilən oyunda (1:4) azarkeşlərinin priotexniki vasitələrdən istifadə etməsinə görə cəzalanıb.
 
UEFA “Legiya”nı 40 min avro məbləğində cərimələyib.
 

Qeyd edək ki, sözügedən qarşılaşmada "Legiya"nın yeganə qolunu Mahir Emreli vurub.“Legiya” Avropa Liqasında qrup mərhələsini sonuncu sırada bitirib.







Avroliqa