29 yanvar 2026. Cümə axşamı

Sifariş ərizəsində yer almayan Alveş'dən açıqlama


  • Avroliqa
  • 20:50 05.02.2022
  • Oxunma sayı: 261
Sifariş ərizəsində yer almayan Alveş'dən açıqlama

"Barselona”da Avropa Liqası matçları üçün UEFA-ya sifariş edilməyən Dani Alveş açıqlama verib.

Corner.az “Diario Sport”a istinadən xəbər verir ki, 38 yaşlı müdafiəçi, Xavinin bu qərarını normal qarşıladığını deyib:

“Baş məşqçimiz Xavi nə düşündüyümü yaxşı bilir. Hər zaman klubuma kömək etmək istəyirəm. Klubun üzvüyük və qərar belə verilib. Bunu normal qarşılayıram. Komandama kömək etmək üçün burdayam və hər cür rəqabətə hazıram.

Düzdür, Avropa Liqasında iştirak etmək istərdim. Lakin 3 yer üçün 4 namizəd var idi. Qərara görə komandada atmosferi pozan deyiləm. İşimi görməyə və komandama kömək etməyə davam edəcəm”.

“Barselona” Avropa Liqası üçün yeni transferlərdən Ferran Torres, Pyer-Emerik Obameyanq və Adama Traoreni sifariş edib.

Kataloniya təmsilçisi Avroliqanın pley-off mərhələsində “Napoli” ilə qarşılaşacaq.







Avroliqa