- Avroliqa
- 15:52 28.01.2026
Xorvatiyanın “Dinamo” (Zaqreb) klubunda forma geyinən azərbaycanlı hücumçu Mahir Emreli “Sevilya”ya qarşı Avropa Liqasının pley-off mərhələsinin ilk oyunu üçün komanda ilə birlikdə İspaniyaya yollanacaq.
Corner.az xəbər verir ki, “Dinamo” Sevilya şəhərinə bu gün yola düşəcək.
24 yaşlı futbolçunun “Sevilya” ilə matçda meydana çıxıb-çıxmayacağına baş məşqçi Jelko Kopiç qərar verəcək.
Emreli “Dinamo”da komanda ilə məşqlərə ötən gün qatılıb. Azərbaycan millisinin üzvü Zaqreb klubuna transfer olduqdan sonra Xorvatiya çempionatındakı iki oyunu buraxıb.
Fevralın 17-də keçiriləcək “Sevilya” – “Dinamo” oyunu Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.