29 yanvar 2026. Cümə axşamı

Mahir Emreli yaxşı formadadır - Dinamo'nun baş məşqçisi


  • Avroliqa
  • 22:23 15.02.2022
  • Oxunma sayı: 207
Mahir Emreli yaxşı formadadır - Dinamo'nun baş məşqçisi
Xorvatiyanın “Dinamo” (Zaqreb) komandasının baş məşqçisi Jelko Kopiç Avropa Liqasının pley-off mərhələsi çərçivəsində İspaniya “Sevilya”sı ilə ilk oyundan öncə fikirlərini bölüşüb. Corner.az xəbər verir ki, o, yerli jurnalistlərə açıqlamasında millimizin hücumçusu Mahir Emrelinin durumdan da danışıb: 
 
“Mahir hazırda yaxşı formadadır. Məşqlərdə iştirak edir, öz mövqeyindəki oyunçularla rəqabət aparır. Amma start heyətində kimlərin oynayacağını görüş başlayanda biləcəyik. Daha çox Bruno Petkoviçin ilk “11-lik”də olacağını düşünürəm. Çünki onun hazırlığından razı qaldım. Hamı oyuna hazırdır. Səbirsizliklə qarşılaşmanın başlamasını gözləyirik”.
 
Fevralın 17-də keçiriləcək “Sevilya” - “Dinamo” matçına Bakı vaxtı ilə saat 00:00-da start veriləcək.






Avroliqa