29 yanvar 2026. Cümə axşamı

Barselona'nın futbolçusu Napoli ilə oyunu buraxacaq


  • Avroliqa
  • 17:26 16.02.2022
  • Oxunma sayı: 152
Barselona'nın futbolçusu Napoli ilə oyunu buraxacaq
“Barselona”nın müdafiəçisi Ronald Arauxo Avropa Liqasının 1/8 final mərhələsinin “Napoli”yə qarşı ilk oyunda iştirak etməyəcək. Corner.az İspaniya mətbuatına istinadən xəbər verir ki, “Espanyol”la matçda (2:2) zədələnən 22 yaşlı futbolçu bu gün ümumi qrupda məşqlərə qoşulmayıb.
 
Uruqvaylı futbolçunun La Liqada bazar günü “Valensiya”ya qarşı keçirəcəkləri oyuna kimi hazır olacağı gözlənilir.
 
“Barselona” fevralın 17-də “Napoli”ni qəbul edəcək. Qarşılaşma saat 21:45-də başlayacaq.






Avroliqa