29 yanvar 2026. Cümə axşamı

Emrelinin Sevilya'ya qarşı oynamaq şansı var


  • Avroliqa
  • 10:27 17.02.2022
  • Oxunma sayı: 167
Emrelinin Sevilya'ya qarşı oynamaq şansı var

"Mahir Emrelinin "Sevilya"ya qarşı oynamaq şansı var".

Corner.az-ın məlumatına görə, bunu Xorvatiyanın "Dinamo" (Zaqreb) klubunun baş məşqçisi Jelko Kopiç İspaniyada "Sevilya"ya qarşı keçirəcəkləri UEFA Avropa Liqasının pley-off mərhələsinin ilk oyunundan öncə mətbuat konfransında deyib.

44 yaşlı mütəxəssis sabahkı matçda digər futbolçular kimi, Azərbaycan millisinin hücumçusuna da şans verə biləcəyini bildirib: Biz onu komandanı gücləndirmək üçün dəvət etmişik. Amma ideal vəziyyətdə deyil. Bunu da nəzərə almalıyıq".

Qeyd edək ki, fevralın 17-də oynanılacaq "Sevilya" - "Dinamo" matçı Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.







Avroliqa