29 yanvar 2026. Cümə axşamı

Barselona'dan heç-heçə, Borussiya uduzdu


  • Avroliqa
  • 02:19 18.02.2022
  • Oxunma sayı: 146
Barselona'dan heç-heçə, Borussiya uduzdu

Bu gün UEFA Avropa Liqasında 1/16 final mərhələsinin ilk oyunları keçirilib.

Corner.az xəbər verir ki, bu mərhələnin ən  maraqlı oyunu “Nou Kamp”da baş tutub. “Barselona” doğma meydanda "Napoli”ni qəbul edib. Görüşdə qalib müəyyənləşməyib.

Daha bir maraqlı qarşılaşma yenə İspaniyada keçirilib. Mahir Emrelinin yeni komandası “Dinamo” (Zaqreb) “Sevilya”nın qonağı olub. Həmyerlimizin debüt etdiyi bu oyunda Xorvatiya klubu məğlubiyyətlə üzləşib.

Digər qarşılaşmalara gəlincə, “Borussiya” (Dortmund) “Reyncers”lə, “Zenit” isə “Betis”lə ev oyununda məğlubuyyətə üzülüb. Tarixində ilk dəfə avrokuboklarda yaz mövsümünə qalan “Şerif” isə “Braqa”yla ev oyununda inamlı qələbə qazanıb. “Atalanta” da “Olimpiakos”u məğlub edib.

“Portu” – “Latsio” dueli Portuqaliya klubunun baş məşqçisi Serjio Konseysao üçün xüsusi əhəmiyyət kəsb edirdi. Çünki, 47 yaşlı mütəxəssis futbolçu kimi karyerasının ən yaxşı dövrünü məhz bu iki klubda keçirmişdi. Üç qolun qeydə alındığı matçda meydan sahiblərinin qələbə qazanıb.

“Leypsiq” – “Real Sosyedad” oyununda da qalib müəyyənləşməyib.

Avropa Liqası, 1/16 final, ilk oyunlar

17 fevral

Barselona (İspaniya) – Napoli (İtaliya) 1:1
Qol: F.Torres, 59-pen – Zelinski, 29.
Baş hakim: İştvan Kovaç (Rumıniya)

Borussiya (Dortmund, Almaniya) – Reyncers (Şotlandiya) 2:4
Qol
: Bellingem, 51. R.Gerreyro, 82 Tavernye, 38-pen. Morelos, 41. Lundstram, 49. Zaqadu, 54-öz qapısına.
Baş hakim: Kleman Turpen (Fransa)

Şerif (Moldova) – Braqa (Portuqaliya) 2:0
Qol: S.Till, 43-pen. A.Traore, 83.
Baş hakim: Danni Makkeli (Niderland)

Zenit (Rusiya) – Betis (İspaniya) 2:3
Qol
: Dzyuba, 25. Malkom, 28 – G.Rodriqes, 8. V.Xose, 18. Quardado, 41.
Baş hakim: Benua Bastyen (Fransa)

Sevilya (İspaniya) – Dinamo (Zaqreb, Xorvatiya) 3:1
Qol: Rakitiç, 13-pen. Okampos, 44; 45+1 – Orşiç, 41.
Baş hakim: Marko Quida (İtaliya)

Atalanta (İtaliya) – Olimpiakos (Yunanıstan) 2:1
Qol
: Djimsiti, 61; 63 – Soares, 16.
Baş hakim: Sandro Şerer (İsveçrə)

Portu (Portuqaliya) – Latsio (İtaliya) 2:1
Qol
: Martines, 37; 49 – Zakkayni, 23.
Baş hakim: Serdar Gözübüyük (Niderland)

Leyptsiq (Almaniya) – Real Sosyedad (İspaniya) 2:2
Qol: Nkunku, 30. Forsberq, 82 – Normand, 8. Oyarzabal, 64-pen.
Baş hakim: Cüneyt Çakır (Türkiyə)







Avroliqa