20 iyun 2026. Şənbə

Barselona heç-heçəyə layiq idi, amma ...


  • Avroliqa
  • 16:38 18.02.2022
  • Oxunma sayı: 235
Barselona heç-heçəyə layiq idi, amma  ...

“Napoli”nin baş məşqçisi Luçano Spaletti Avropa Liqasının 1/8 final mərhələsində “Barselona” ilə ilk oyundan (1:1) sonra açıqlama verib.

Corner.az xəbər verir ki, “Sky Sport İtalia”ya açıqlama verən 62 yaşlı mütəxəssis “Barselona”nın oyununun heç-heçəyə layiq olduğunu deyib:

“Düşünürəm ki, ilk hissədə “Barselona” ilə bərabər səviyyədə oynaya biləcəyimizi sübut etdik. Fasilədən sonra onlar üstünlüyə sahib oldular. Biz ilk hissədəki oyunumuzu bütün matç ərzində təkrarlaya bilmədik.

“Barselona” heç-heçəyə layiq idi, amma o epizodda penalti yox idi. Topun istiqaməti dəyişməmişdi ”.








Avroliqa