5 dekabr 2025. Cümə

Emreli oynadı, Dinamo Avroliqa ilə vidalaşdı


  • Avroliqa
  • 00:52 25.02.2022
  • Oxunma sayı: 165
Emreli oynadı, Dinamo Avroliqa ilə vidalaşdı
Azərbaycan millisinin hücumçusu Mahir Emreli Zaqreb “Dinamo”sunda (Xorvatiya) növbəti matçına çıxıb. Corner.az xəbər verir ki, 24 yaşlı hücumçu Avropa Liqasının pley-off mərhələsi çərçivəsində İspaniyanın “Sevilya” komandasına qarşı keçirilən cavab matçının iştirakçısı olub. O, 62-ci dəqiqədə meydana buraxılıb.
 
Zaqreb “Dinamo”su bu görüşdə 1:0 hesabı ilə qalib gəlsə də, ilk oyunda 1:3 hesabıyla uduzduğu üçün mübarizəni dayandırıb.






Avroliqa