23 oktyabr 2024. Çərşənbə

Barselona 1/8 finalda, Borussiya mübarizəni dayandırdı


  • Avroliqa
  • 10:00 25.02.2022
  • Oxunma sayı: 181
Barselona 1/8 finalda, Borussiya mübarizəni dayandırdı

Avropa Liqasında 1/16 final mərhələsinin cavab oyunları keçirilib. Corner.az xəbər verir ki, daha maraqla gözlənilən matç “Dieqo Armando Maradona” stadionunda keçirilən “Napoli” – “Barselona” arasında baş tutub. Bu komandalar arasındakı ilk qarşılaşma 1:1 hesabı ilə yekunlaşmışdı. Cavab görüşündə isə Kataloniya təmsilçisi inamlı qələbə qazanaraq növbəti mərhələyə vəsiqəni təmin edib.

Mahir Emrelinin çıxış etdiyi Zaqreb “Dinamo”su isə “Sevilya” ilə üz-üzə gəlib. İlk oyunda 1:3 hesablı məğlub olan Zaqreb təmsilçisi bunun əvəzini çıxmağa çalışıb. Amma Xorvatiya təmsilçisinin minimal hesabla qələbə qazanması yetərli olmayıb və mübarizəni dayandırıb.

İtaliyanın "Latsio" klubu isə doğma meydanda Portuqaliyanın "Portu" klubu ilə qarşılaşıb. İlk matçda Portuqaliya təmsilçisi 2:1 hesablı qələbə qazanmışdı. Cavab görüşündə isə İtaliya təmsilçisi "Portu" ilə bacarmayıb və beləcə mübarizəni dayandırıb.

İtaliyanın digər təmsilçisi "Atalanta" səfərdə Yunanıstanın "Olimpiyakos" klubunun qonağı olub. İlk görüşdə berqamotlular qələbə qazanmışdı. Cavab görüşündə də inamlı qələbə qazanan İtaliya təmsilçisi növbəti mərhələyə adlayıb.

Almaniyanın "Borussiya Dortmund" klubu isə səfərdə Şotlandiyanın "Reyncers" klubunun qonağı olub. İlk görüşdə 4:2 hesabı ilə qələbə qazanan Şotlandiya təmsilçisi cavab matçında da 2:2 hesablı nəticə əldə edərək Dortmund təmsilçisini mübarizədən kənarlaşdırıb.

Avropa Liqası
1/16 finalın cavab oyunları
24 fevral

Dinamo (Zaqreb, Xorvatiya) – Sevilya (İspaniya) 1:0
Qol: Orşiç, 65-pen.
İlk oyun – 1:3

Latsio (İtaliya) – Portu (Portuqaliya) 2:2
Qol: İmmobile, 19. Kataldi, 90+5 – Taremi, 31. Uribe, 68.
İlk oyun – 1:2

Real Sosyedad (İspaniya) – Leypsiq (Almaniya) 1:3
Qol: Zubimendi, 67 – Orban, 39. A.Silva, 59. Forsberq, 89-pen.
İlk oyun – 2:2

Olimpiakos (Yunanıstan) – Atalanta (İtaliya) 0:3
Qol: Mehle, 40. Malinovski, 67; 69.
İlk oyun – 1:2

Napoli (İtaliya) – Barselona (İspaniya) 2:4
Qol: İnsinye, 23-pen. Politano, 87 – Alba, 8. De Yonq, 13. Pike, 45. Obameyanq, 59.
İlk oyun – 1:1

Betis (İspaniya) – Zenit (Rusiya) 0:0
İlk oyun – 3:2

Braqa (Portuqaliya) – Şerif (Moldova) 2:0 (penaltilər 3:2)
Qol: Medeyros, 17. Horta, 43.
İlk oyun – 0:2

Reyncers (Şotlandiya) – Borussiya (Dortmund, Almaniya) 2:2
Qol: Tavernye, 22-pen; 57 – Bellingem, 31. Malen, 42.
İlk oyun – 4:2







Avroliqa

AL:"Qalatasaray" xal itirdi
  • Avroliqa
  • 23:20 03.10.2024
AL:"Qalatasaray" xal itirdi