"Arsenal"ın müdafiəçisi zədələndi
-
Avroliqa
-
13:39 29.10.2018
-
Oxunma sayı: 699
Avropa Liqasının qrup mərhələsində Arsenal itki ilə üzləşib.Corner.az-ın məlumatına görə, ispaniyalı müdafiəçi Hector Bellerin Premyer Liqanın 10-cu turunda "Crystal Palace"la keçirilən oyunda zədə alıb. İlk hissənin sonlarında zədələnən Bellerin ikinci yarıda oyunu davam etdirə bilməyib. London klubunun rəsmi saytı 23 yaşlı futbolçunun yaşıl meydanlardan nə qədər uzaq qalacağına tibbi müayinədən sonra aydınlıq gələcəyini yazıb.Qeyd edək ki, "Qarabağ"ın "Arsenal"la ikinci oyunu dekabrın 13-də Londonda keçiriləcək. "Topçular" Bakıdakı ilk oyunda 3:0 hesablı qələbə qazanıb.