23 oktyabr 2024. Çərşənbə

Qalatasaray'dan Barselona ilə səfər heç-heçəsi


  • Avroliqa
  • 06:47 11.03.2022
  • Oxunma sayı: 197
Qalatasaray'dan Barselona ilə səfər heç-heçəsi

Avropa Liqasında 1/8 final mərhələsinin ilk oyunları keçirilib. Corner.az xəbər verir ki, bu gün daha beş qarşılaşma baş tutub.

“Barselona” “Kamp Nou”da Türkiyənin avrokuboklardakı yeganə təmsilçisi “Qalatasaray”ı qəbul edib. Bu görüşdə qapılara  ümumiyyətlə qol vurulmayıb.

“Sevilya” “Vest Hem”lə, “Atalanta” isə “Bayer”lə üz-üzə gəlib. Hər iki oyunda meydan sahibləri çətin qələbə qazanıb.

“Braqa” doğma meydanda “Monako” ilə qarşılaşıb və inamlı qələbə qazanıb. “Reyncers” isə “Srvena Zvezda”nı 3 cavabsız qolla məğlub edib.

Bu mərhələnin bir oyunu keçirilməyəcək. Belə ki, Rusiya - Ukrayna müharibəsina görə “Spartak” (Moskva) avrokuboklardan kənarlaşdırıldığı üçün onların rəqibi Almaniya “Leypsiq”i birbaşa 1/4 finala adlayıb.

Avropa Liqası
1/8 finalın ilk oyunları

9 mart

Portu (Portuqaliya) – Olimpik (Lion, Fransa) 0:1
Qol: Paketa, 59.

Betis (İspaniya) – Ayntraxt (Almaniya) 1:2
Qol: Fekir, 30 – Kostiç, 14. Kamada, 32.

10 mart

Sevilya (İspaniya) – Vest Hem (İngiltərə) 1:0
Qol: El Haddadi, 60.

Atalanta (İtaliya) – Bayer (Almaniya) 2:1
Qol: Malinovski, 23. Muriel, 25; 49 – Aranquiz, 11. Diabi, 63.

Barselona (İspaniya) – Qalatasaray (Türkiyə) 0:0

Braqa (Portuqaliya) – Monako (Fransa) 2:0
Qol: A.Ruis, 3. V.Oliveyra, 90.

Reyncers (Şotlandiya) – Srvena Zvezda (Serbiya) 3:0
Qol: Tavernye, 11. Morelos, 15. Baloqun, 51.







Avroliqa

AL:"Qalatasaray" xal itirdi
  • Avroliqa
  • 23:20 03.10.2024
AL:"Qalatasaray" xal itirdi