23 oktyabr 2024. Çərşənbə

Bu nəticə ədalətsiz oldu


  • Avroliqa
  • 10:44 11.03.2022
  • Oxunma sayı: 177
Bu nəticə ədalətsiz oldu

"İstədiyimiz nəticəni qazana bilmədik, rəqib çox yaxşı oynadı".

Corner.az-ın məlumatına görə, bunu İspaniyanın "Barselona" klubunun baş məşqçisi Xavi Ernandes evdə Türkiyə "Qalatasaray"ı ilə qolsuz heç-heçə etdikləri Avropa Liqasının 1/8 final mərhələsinin ilk oyunundan sonra deyib.

41 yaşlı mütəxəssis birinci hissədə daha yaxşı təsir bağışladıqlarını bildirib: "Möhtəşəm müdafiə və inanılmaz qapıçı İnyaki Penya ilə qarşılaşdıq.Ümidimiz var. İstanbuldakı matç bizi narahat etmir, bizdə qələbə hissi var. “Qalatasaray”dan qat-qat üstün oynadıq. Ən azı 1:0 hesabı ilə başa çata bilərdi. Bu nəticə ədalətsiz oldu. Demoralizasiyaya ehtiyac yoxdur. Avropada qalib gəlmək daha çətindir. Bu, Napoli ilə matça bənzəyirdi. Həqiqətən də hisslər, nəticə, hər şey oxşardır. Biz çox şeyə layiq idik, qalib gəlməliydik. Çox heyif idi. Türkiyədə qalib gəlməliyik. Bu gün heç nə itirmədik. Qələbə qazanacağımızı gözləyirdik, bu, faktdır. İnaki Pena çox yaxşı toplar çıxardı.".

İstanbul təmsilçisinin baş məşqçisi Domenek Torren oyundan sonra ayaqüstü söhbət etdiyi Xavi ilə dost olduğunu xatırladıb: "Uzun illər birlikdə çalışmışıq. Bir-birimizlə futboldan danışmadıq. Qucaqlaşaraq görüşü bitirdik".

O, komandasından razılığını da dilə gətirib: "Fiziki cəhətdən yaxşı idik. Fitnes məşqçilərimizi təbrik etməliyik. Özümüzü çox inkişaf etdirmişik. Futbolçuların fiziki durumlarından çox razıyıq".

Torren qarşılaşmadan sonra Türkiyəyə qayıtmayacaqlarını və Barselonada məşq edəcəklərini sözlərinə əlavə edib. O, hazırda komandası üçün ən önəmli oyunun İspaniya klubu ilə cavab görüşü deyil, martın 14-də Superliqada "Beşiktaş"a qarşı keçirəcəkləri XXIX tur matçının olduğunu əlavə edib.







Avroliqa

AL:"Qalatasaray" xal itirdi
  • Avroliqa
  • 23:20 03.10.2024
AL:"Qalatasaray" xal itirdi