5 dekabr 2025. Cümə

Qalatasaray'da Barselona ilə oyunun mükafatı bəlli oldu


  • Avroliqa
  • 11:25 17.03.2022
  • Oxunma sayı: 186
Qalatasaray'da Barselona ilə oyunun mükafatı bəlli oldu
“Qalatasaray” Avropa Liqasının 1/8 finalında “Barselona” səddini keçsə, futbolçuları pul mükafatı alacaq. Corner.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, İstanbul klubunun prezidenti Burak Elmas 1/4 finala vəsiqə qazanacaqları təqdirdə, futbolçulara ümumilikdə 650 min avro mükafat ayrılacağını deyib.
 
Bu gün keçiriləcək “Qalatasaray” – “Barselona” matçı Bakı vaxtı ilə saat 21:45-də başlayacaq. İlk oyun qolsuz bərabərliklə başa çatıb.






Avroliqa