- Avroliqa
- 01:59 28.11.2025
Bu gün Avropa Liqasında 1/8 final mərhələsinin cavab oyunları keçirilib. Corner.az xəbər verir ki, bütün oyunlar eyni gündə baş tutub.
Ən maraqlı görüş İstanbulda keçirilib. Burada “Qalatasaray” doğma meydanda “Barselona”nı qəbul edib. “Kamp Nou”da qeydə alınan qolsuz bərabərlikdən sonra “sarı-qırmızılı” tərəfdarlar möcüzəyə inanmışdı. Amma cavab görüşündə qonaqlar qələbə qazanaraq növbəti mərhələyə adlayıb.
İlk oyunda 5 qolun vurulduğu “Bayer” – “Atalanta” matçının “ikinci hissə”si də bolqollu gözlənilsə də "berqamot"lar minimal hesabla qalib gələrək növbəti mərhələyə vəsiqəni təmin edib.
Gecənin maraqlı oyunlarından biri Lion “Olimpik”i ilə “Portu” arasında olub. Bu komandaların ilk duelindən Pireney təmsilçisi minimal hesablı məğlub olmuşdu. Cavab görüşündə isə heç-heçə qeydə alındığından Fransa təmsilçisi növbəti mərhələyə adlayıb.
Bu mərhələnin bir oyunu keçirilməyib. Belə ki, Ukrayna – Rusiya münasibətlərinə görə “Spartak” avrokuboklardan kənarlaşdırıldığı üçün onların rəqibi Almaniya “Leyptsiq”i birbaşa 1/4 finala adlayıb.
Avropa Liqası
1/8 finalın cavab oyunları
17 mart
Bayer (Almaniya) – Atalanta (İtaliya) 0:1
Qol: Boqa, 90+1.
İlk oyun – 2:3
Qalatasaray (Türkiyə) – Barselona (İspaniya) 1:2
Qol: Markao, 28 – Pedri, 37. Obameyanq, 50.
İlk oyun – 0:0
Monako (Fransa) – Braqa (Portuqaliya) 1:1
Qol: Disasi, 90+1 – A.Ruis, 20.
İlk oyun – 0:2
Srvena Zvezda (Serbiya) – Reyncers (Şotlandiya) 2:1
Qol: İvaniç, 10. Ben, 90+3-pen – Kent, 56.
İlk oyun – 0:3
Olimpik (Lion, Fransa) – Portu (Portuqaliya) 1:1
Qol: Dembele, 13 – Pepe, 27.
İlk oyun – 1:0
Ayntraxt (Almaniya) – Betis (İspaniya) 1:1
Qol: Hinteregger, 120+1 – B.İqlesias, 90.
İlk oyun – 2:1
Vest Hem (İngiltərə) – Sevilya (İspaniya) 2:0
Qol: Souçek, 39. Yarmolenko, 112.
İlk oyun – 0:1