22 oktyabr 2024. Çərşənbə axşamı

Arsenal futbolçusunu itirdi


  • Avroliqa
  • 09:53 19.04.2019
  • Oxunma sayı: 678
Arsenal futbolçusunu itirdi

Arsenal'ın futbolçusu Aaron Ramsey zədələnib.

Corner.az-ın məlumatına görə, 29 yaşlı futbolçu "Napoli"ni 1:0 hesabı ilə məğlub etdikləri Avropa Liqasının 1/4 final mərhələsinin cavab görüşündə əzələsindən xəsarət alıb. Dizaltı vətəri sıradan çıxan oyunçunu 34-cü dəqiqədə Henrix Mxitaryan əvəzləyib.Baş məşqçi Unay Emeri bildirib ki, qeyri-adilik olmasa, Ramsey bir neçə həftə oynamayacaq. O, təcrübəli futbolçunun "Arsenal" forması ilə bir daha meydana çıxa bilməyəcəyinə dair suala isə dəqiq cavab verməyib. 

Qeyd edək ki, Ramsey bu mövsüm bütün yarışlarda 40 oyuna çıxıb, 4 qol və 6 məhsuldar ötürmə müəllifi olub.







Avroliqa

AL:"Qalatasaray" xal itirdi
  • Avroliqa
  • 23:20 03.10.2024
AL:"Qalatasaray" xal itirdi