- Avroliqa
- 15:52 28.01.2026
Bu gün UEFA Avropa Liqasında 1/4 final mərhələsinin ilk oyunları keçirilib.
Corner.az xəbər verir ki, ilk olaraq “Leyptsiq” doğma meydanda “Atalanta” ilə qarşılaşıb. Tərəflər bu oyundan heç-heçə ilə ayrılıblar.
Xavinin gəlişindən sonra uğurlu çıxış edən “Barselona” səfərdə “Ayntraxt”ın qonağı olub. Kataloniya təmsilçisi de ilk oyunu heç-heçə ilə bitib.
Vest Hem” doğma meydanda Fransanın “Lion”unu sınağa çəkib. Amma bu oyunun da qalib müəyyənləşməyib.
“Braqa” isə Portuqaliyada “Reyncers”lə üz-üzə gəlib. Günün yeganə qələbəsini də məhz Portuqaliya təmsilçisi minimal hesabla qazanıb.
Cavab görüşləri aprelin 14-də oynanılacaq.
UEFA Avropa Liqası, 1/4 final
İlk oyunlar
7 aprel
Leyptsiq (Almaniya) – Atalanta (İtaliya) 1:1
Qol: Zappakosta, 58-öz qapısına – Muriel, 17.
Baş hakim: Maykl Oliver (İtaliya)
Braqa (Portuqaliya) – Reyncers (Şotlandiya) 1:0
Qol: A.Ruis, 40.
Baş hakim: Davide Massa (İtaliya)
Vest Hem (İngiltərə) – Lion (Fransa) 1:1
Qol: Bouen, 52 – Ndombele, 66.
Baş hakim: Feliks Şvayer (Almaniya)
Ayntraxt (Frankfurt, Almaniya) – Barselona (İspaniya) 1:1
Qol: Knauff, 48 – F.Torres, 66.
Baş hakim: Srcan Yovanoviç (Serbiya)