- Avroliqa
- 15:52 28.01.2026
UEFA Avropa Liqasında 1/4 final mərhələsinin ilk oyunlarından sonra həftənin ən yaxşı futbolçusu bəlli olub.
Corner.az xəbər verir ki, bu ada Almaniyanın "Ayntraxt" klubunun yarımmüdafiəçisi Ansqar Knauff sahib çıxıb.
20 yaşlı oyunçu evdə İspaniya "Barselona"sı ilə 1:1 hesablı heç-heçə etdikləri görüşdə baxımlı qol vurub.
UEFA Konfrans Liqasında isə bu ada Fransanın "Marsel" klubunun hücumçusu Dimitri Payet layiq görülüb.