- Avroliqa
- 15:52 28.01.2026
Bu gün UEFA Avropa Liqasında 1/4 final mərhələsinin cavab oyunları keçirilib. Corner.az xəbər verir ki, bütün görüşlər eyni gündə baş tutub.
Gecənin ilk matçı İtaliyada “Atalanta” doğma meydanda “Leypsiq”i qəbul edib. İlk qarşılaşmada qalib müəyyənləşməmişdi. Cavab görüşündə Bundesliqa təmsilçisi inamlı qələbə qazanaraq növbəti mərhələyə vəsiqə qazanıb.
İspaniya “Barselona”sı doğma meydanda “Ayntraxt” klubunu qəbul edib. Frankfurtdakı görüşdə heç-heçə qeydə alınmışdı. Beş qolun qeydə alındığı cavab görüşündə isə Bundesliqa təmsilçisi çətin qələbə qazanaraq növbəti mərhələyə adlayıb.
İngiltərə “Vest Hem”i səfərdə Lion “Olimpik”inin qonağı olub. Bu komandaların da ilk dueli bərabərliklə qalib müəyyənləşməmişdi. Cavab görüşündə 3 cavabsız qolla qalib gələn İngiltərə klubu yarımfinala yüksəlib.
Portuqaliya “Braqa”sı isə Şotlandiya “Reyncers”i ilə üz-üzə gəlib. Qonaqlar evdəki matçda minimal hesablı qələbə qazanmışdı. Cavab görüşündə Şotlandiya təmsilçisi inamlı qələbə qazanaraq yarımfinalda oynamaq hüququ qazanıblar.
Beləliklə, yarımfinalda “Vest Hem” “Ayntraxt”la, “Leypsiq” isə “Reyncers”lə qarşılaşacaq.
Avropa Liqası
1/4 finalın cavab oyunları
14 aprel
“Atalanta” (İtaliya) – “Leypsiq” (Almaniya) 0:2
Qol: Nkunku, 18; 87.
İlk oyun – 1:1
“Barselona” (İspaniya) – “Ayntraxt” (Almaniya) 2:3
Qol: Buskets, 90+1. Depay, 90+11-pen – Kostiç, 4-pen; 67. Borre, 36.
İlk oyun – 1:1
“Olimpik” (Lion, Fransa) – “Vest Hem” (İngiltərə) 0:3
Qol: Dauson, 39. Rays, 44. Bouen, 48.
İlk oyun – 1:1
“Reyncers” (Şotlandiya) – “Braqa” (Portuqaliya) 3:1
Qol: Tavernye, 2; 44. Ruf, 101 – Karmo, 83.
İlk oyun – 0:1