“Barselona”nın prezidenti Xuan Laporta Avropa Liqasının 1/4 final mərhələsinin cavab oyununda “Ayntraxt”ın “Kamp Nou”ya çoxlu azarkeşlə gəlməsinə münasibət bildirib. Corner.az xəbər verir ki, o, bu hadisənin baş verməməli olduğunu adlandırıb:
“Bu, təkrarlanması mümkün olmayan biabırçılıqdır. Baş verənlərlə bağlı məlumatımız var. Bu, hədsiz pisdir və utancvericidir. Bundan sonra daha sərt olmalıyıq. Alınan məlumatları təhlil etdikdən sonra tədbir görəcəyik. “Barselona” azarkeşi kimi gördüklərimdən utanıram. Digər komandanın çoxlu azarkeşlərini gördüm və baş verənlərə görə çox təəssüflənirəm. Mən utandım. Bu, baş verməməli olan bir vəziyyət idi”.
“Barselona”nın baş məşqçisi Xavi isə “Ayntraxt”a məğlubiyyəti belə şərh edib:
"Atmosfer bizə kömək etmədi. Sanki final matçı idi, tribunalar yarı yarıya idi. Klub nə baş verdiyini yoxlamalıdır. Bizim tərəfimizdən səhv hesablama olduğu aydındır.Ən yaxşı oyunumuzu göstərmədik, zərbə ardınca zərbə aldıq. Çox məyusuq, çünki bu turnirdən ümidli idik. “Ayntraxt”ı alqışlamaq lazımdır, onlar buna layiqdi. Topa nəzarət bizdə olsa da, ürəkdən oynamadıq.
“Barselona” – “Ayntraxt”a 2:3 hesabı ilə uduzub və mübarizəni dayandırıb.