29 yanvar 2026. Cümə axşamı

Avroliqa: Leypsiq'dən evdə, Ayntraxt'dan səfərdə qələbə


  • Avroliqa
  • 09:57 29.04.2022
  • Oxunma sayı: 168
Avroliqa: Leypsiq'dən evdə, Ayntraxt'dan səfərdə qələbə

Bu gün Avropa Liqasında yarımfinal mərhələsinin ilk oyunları keçirilib. Corner.az xəbər verir ki, Almaniyada “Leypsiq” doğma meydanda Şotlandiyanın “Reyncers”ini sınağa çəkib və minimal hesabla qələbə qazanıb.

“Vest Hem” isə doğma meydanda Almaniyanın digər təmsilçisi “Ayntraxt”la (Frankfurt) üz-üzə gəlib. Almaniya təmsilçisi  Avroliqanın 1/4 mərhələsində İspaniya nəhəngi “Barselona”nı mübarizədən kənarlaşdırlmaqla demək olar ki, sensasiyaya imza atmışdı. Bu baxımdan,“Ayntraxt”ın “Vest Hem”lə matçı nəticəsi maraqla gözlənilirdi. Frankfurt təmsilçisi səfərdə İngiltərə klubu üzərində inamlı qələbəyə sevinib.

Avropa Liqası
Yarımfinalın ilk oyunları
28 aprel

Leypsiq (Almaniya) – Reyncers (Şotlandiya) 1:0
Qol: Anxelinyo, 85.
Baş hakim: Benoit Bastien (Fransa).

Vest Hem (İngiltərə) – Ayntraxt (Almaniya) 1:2
Qol: Antonio, 21 – Knauff, 1. Kamada, 54.
Baş hakim: Sərdar Gözüböyük (Niderland).







Avroliqa