23 oktyabr 2024. Çərşənbə

Avroliqada finalçılar bəlli oldu


  • Avroliqa
  • 01:14 06.05.2022
  • Oxunma sayı: 173
Avroliqada finalçılar bəlli oldu

Bu gün Avropa Liqasında yarımfinal mərhələsinin cavab oyunları keçirilib. Corner.az xəbər verir ki, hər iki görüş eyni saatda start götürüb.

“Leypsiq” öz meydanındakı ilk matçda “Reyncers”ə minimal hesablı qalib gəlmişdi. Şotlandiya təmsilçisi doğma meydanda məğlubiyyətin əvəzini çıxaraq finala vəsiqə qazanıb.

Gecənin digər oyununda Frankfurt “Ayntraxt”ı evdə İngiltərə “Vest Hem”lə qarşılaşıb və  minimal hesabla qalib gələrək, finala yüksəlib. Londondakı ilk görüşdə də Frankfurt təmsilçisi qələbə qazanmışdı

Avropa Liqasının final oyunu mayın 18-də keçiriləcək.

Avropa Liqası
Yarımfinalın cavab oyunları
5 may

Reyncers (Şotlandiya) – Leypsiq (Almaniya) 3:1
Qol: Tavernye, 19. Kamara, 24. Lundstram, 81 – Nkunku, 71.
Baş hakim: Artur Dias (Portuqaliya). Qlazqo, “Aybroks” stadionu.
İlk oyun – 0:1

Ayntraxt (Almaniya) – Vest Hem (İngiltərə) 1:0
Qol: Borre, 26.
Baş hakim: Xesus Hil Mansano (İspaniya). Frankfurt, “Frankfurtştadion”.
İlk oyun – 2:1







Avroliqa

AL:"Qalatasaray" xal itirdi
  • Avroliqa
  • 23:20 03.10.2024
AL:"Qalatasaray" xal itirdi