20 aprel 2026. Bazar ertəsi

AL-da və KL-da həftənin oyunçusu adına namizədlər


  • Avroliqa
  • 10:11 06.05.2022
  • Oxunma sayı: 218
AL-da və KL-da həftənin oyunçusu adına namizədlər
Avropa Liqasında və Konfrans Liqasında yarımfinal mərhələsinin cavab oyunlarından sonra həftənin ən yaxşı futbolçusu adına namizədlər məlum olub. Corner.az xəbər verir ki, Avroliqada bu ada Şotlandiya “Reyncers”indən Ceyms Tavernye, İngiltərənin “Vest Hem” klubundan Deklan Rays, Almaniya “Leypsiq”indən Kristofer Nkunku və “Ayntraxt”dan (Frankfurt, Almaniya) Evan Ndikka namizəddir.
 
Konfrans Liqasında isə İtaliya “Roma”sından Temmi Abraham, İngiltərə “Lester Siti”sindən Uesli Fofana, Fransanın “Olimpik” (Marsel) klubundan Luan Peres və Niderland “Feyenoord”undan Gernot Trauner həftənin ən yaxşısı adına namizəddir.
 
Qalib UEFA-nın rəsmi saytında azarkeşlər arasındakı səsvermə yolu ilə müəyyənləşəcək.
 
Xatırladaq ki, Avropa Liqasının finalında “Reyncers” “Ayntraxt”la, Konfrans Liqasının həlledici matçında isə “Roma” “Feyenoord”la qarşılaşacaq.






Avroliqa

"Komandamın oyunundan razıyam"
  • Avroliqa
  • 12:10 20.03.2026
"Komandamın oyunundan razıyam"