23 oktyabr 2024. Çərşənbə

Roma 31, Reyncers 14 və Ayntraxt 42 ildən sonra avrokubokların finalında


  • Avroliqa
  • 10:18 06.05.2022
  • Oxunma sayı: 139
Roma 31, Reyncers 14 və Ayntraxt 42 ildən sonra avrokubokların finalında

İtaliyanın "Roma" və Şotlandiyanın "Reyncers" klubları uzun müddətdən sonra avrokubokların finalına vəsiqə qazanıblar.

Corner.az-ın məlumatına görə, "canavarlar" 31, britaniyalılar 14 və Bundesliqa klubu 42 ildən sonra buna nail olublar.

"Roma" UEFA Konfrans Liqasının yarımfinal mərhələsində İngiltərə "Lester"ini iki oyunun nəticəsinə əsasən mübarizədən kənarlaşdırıb - 1:1, 1:0. Paytaxt klubu son olaraq 1991-ci ildə UEFA Kubokunun (hazırkı Avropa Liqası) finalında "İnter"ə uduzub.

"Reyncers" UEFA Avropa Liqasının yarımfinalında Almaniya "Leyptsiq"indən güclü olub - 3:1, 0:1. Britaniyalılar 2008-ci ildə UEFA Kubokunun finalında Rusiyanın "Zenit" komandası ilə dueldən məğlub ayrılıb.

"Ayntraxt" klubu son olaraq  1979-80-ci mövsümdə UEFA Kubokunun finalına adlamış və səfər qolu averajıyla  Mönxenqladbax “Borussiya”sına qalib gələrək çempion olmuşdu.

Qeyd edək ki, "Reyncers" mayın 18-də finalda Almaniyanın "Ayntraxt" (Frankfurt) komandası ilə, "Roma" isə mayın 25-də Niderland "Feyenoord"u ilə ilə üz-üzə gələcək.







Avroliqa

AL:"Qalatasaray" xal itirdi
  • Avroliqa
  • 23:20 03.10.2024
AL:"Qalatasaray" xal itirdi