22 oktyabr 2024. Çərşənbə axşamı

"Arsenal" onun üçün UEFA-dan viza dəstəyini alıb


  • Avroliqa
  • 10:03 26.04.2019
  • Oxunma sayı: 964
"Arsenal" onun üçün UEFA-dan viza dəstəyini alıb

"Arsenal" Henrix Mxitaryanın Bakıda keçiriləcək Avropa Liqasının final matçında iştirakına imkan verən viza dəstəyini UEFA-dan alıb. 

Corner.az-ın "The Times" nəşrinə istinadən verdiyi məlumata görə, Avropa futbol qurumu Azərbaycan tərəfinin erməni futbolçunun Bakıya gəlişinin problem yaratmayacağı zəmanətini almaq və buna əmin olmaq istəyir. 

London təmsilçisi yarımfinal mərhələsində  "Valencia"nı məğlub etsə, finala yüksələcək. Həlledici qarşılaşma mayın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək. 

Qeyd edək ki, "Arsenal" bu mövsüm Avropa Liqasının qrup mərhələsində "Qarabağ"la Bakıdakı görüşə Henrix Mxitaryanı gətirməyib. 







Avroliqa

AL:"Qalatasaray" xal itirdi
  • Avroliqa
  • 23:20 03.10.2024
AL:"Qalatasaray" xal itirdi