23 oktyabr 2024. Çərşənbə

Feyenoord da UEFA-nın bilet siyasətindən narazıdır


  • Avroliqa
  • 15:49 11.05.2022
  • Oxunma sayı: 115
Feyenoord da UEFA-nın bilet siyasətindən narazıdır
Avropa Konfrans Liqasının finalına vəsiqə qazanan “Feyenoord” UEFA-dan narazılığını bildirib. Corner.az xəbər verir ki, Niderland təmsilçisi buna UEFA-nın bilet satışı ilə bağlı siyasəti səbəb olub. Avropanın ali futbol qurumu finalda iştirak edəcək klubların hər birinə cəmi 3 min bilet ayırıb.
 
Həmçinin, satış yalnız UEFA kanalları vasitəsilə mümkündür ki, bu da komandaların azarkeşləri üçün əlavə bürokratik əngəllər deməkdir. Bundan əlavə, “Feyenoord” iddia edir ki, onlara əvvəlcədən ümumi satışlar barədə məlumat verilməyib, buna görə də, satışa çıxarılan 8500 biletin çoxu “Roma” azarkeşlərinə çatıb.
 
Artıq “Feyenoord” azarkeşləri də narazılıqlarını bildiriblər. Onlar finala biletsiz buraxılmaları üçün sosial şəbəkədə müraciət yerləşdiriblər.
 
“Feyenoord”la “Roma” arasında final oyunu mayın 25-də keçiriləcək.
 
Xatırladaq ki, daha öncə Çempionlar Liqasının finalına vəsiqə qazanan “Liverpul”un baş məşqçisi Yurgen Kloop da UEFA-nı bilet siyasətinə görə sərt tənqid etmişdi.






Avroliqa

AL:"Qalatasaray" xal itirdi
  • Avroliqa
  • 23:20 03.10.2024
AL:"Qalatasaray" xal itirdi