23 oktyabr 2024. Çərşənbə

Avroliqanın qalibi Ayntraxt oldu


  • Avroliqa
  • 02:05 19.05.2022
  • Oxunma sayı: 216
Avroliqanın qalibi Ayntraxt oldu

Bu gün futbol üzrə Avropa Liqasında 2021/22 mövsümünə yekun vurulub. Corner.az xəbər verir ki, turnirin final oyununda Almaniyanın “Ayntraxt” (Frankfurt) və Şotlandiyanın “Reyncers” klubları qarşılaşıblar.

İspaniyanın Sevilya şəhərindəki “Ramon Sançes Pisxuan” stadionunda keçirilən n görüşü sloveniyalı FIFA referisi Slavko Vinçiç idarə edib.

İki komanda ilk dəfə avrokubokların finalında üz-üzə gəlib. Daha əvvəl 1959/1960 mövsümündə Çempion Klublar Kubokunun (indiki Çempionlar Liqası) yarımfinalında Qlazqo klubuna rəqib olan “Ayntraxt” ilk matçda 6:1, cavab görüşündə isə 6:3 hesabı ilə qələbə qazanaraq, finala adlamış, lakin titulun 1 addımlığında İspaniya “Real”ına məğlub olmuşdu.

Almaniya təmsilçisi daha sonra 1966/1967 mövsümündə İntertoto Kubokunu, 1979/1980 mövsümündə isə UEFA Kubokunu (indiki Avropa Liqası) qazanmışdı.

Beynəlxalq arenada 6-cı dəfə finala çıxan “Reyncers” isə əvvəlki 5 həlledici qarşılaşmanın yalnız birində titula sahib çıxmışdı. Covanni van Bronkhorstun  komandası 1971/72 mövsümündə UEFA Kuboklar Kubokunun finalında Rusiyanın “Dinamo” (Moskva) klubuna qalib gəlmişdi.

Hər iki komanda həlledici matçadək kifayət qədər güclü rəqibləri sıradan çıxara bilib. Xüsusən də, “Ayntraxt”ın 1/4 finalda İspaniya nəhəngi “Barselona”nı mübarizədən kənarlaşdırması turnirin sensasiyası demək olar.

“Reyncers” isə yarımfinalda Almaniyanın güclü klublarından olan “Leyptsiq”i  turnirdən kənarlaşdıraraq, finala vəsiqə qazanıb.

Bu finalın ilk hissəsində hesab açılmayıb. İkinci hissədə isə komandalar hərəyə bir dəfə fərqləniblər. Əlavə vaxtda yenə qalib müəyyənləşməyib. Bu səbəbdən qalibi müəyyənləşdirmək üçün penalti seriyasına ehtiyac duyulub. 11 metrlik zərbələri daha dəqiq yerinə yetirən “Ayntraxt” Avroliqanın qalibi olub.

Avropa Liqası
Final
18 may

Ayntraxt (Almaniya) – Reyncers (Şotlandiya) 1:1 (penaltilər 5:4)
Qol: Borre, 69 – Aribo, 57.
Baş hakim: Slavko Vinçiç (Sloveniya).
Sevilya, “Ramon Sançes Pisxuan” stadionu.

Ayntraxt: Kevin Trapp, Evan Ndika, Almami Ture, Tuta, Sebastyan Rode (k), Filip Kostiç, Cibril Sou, Daiti Kamada, Yesper Lindstrom, Ansqar Knauff, Santos Borre.
Reyncers: Allan Makqreqor, Ceyms Tavernye (k), Kelvin Beysi, Konor Qoldson, Borna Barişiç, Con Landstrem, Rayan Cek, Co Aribo, Qlen Kamara, Skott Rayt, Rayan Kent.






Avroliqa

AL:"Qalatasaray" xal itirdi
  • Avroliqa
  • 23:20 03.10.2024
AL:"Qalatasaray" xal itirdi