23 oktyabr 2024. Çərşənbə

Reyncers klubunun qapıçısı Avropa Liqasının tarixinə düşdü


  • Avroliqa
  • 10:35 19.05.2022
  • Oxunma sayı: 140
Reyncers klubunun qapıçısı Avropa Liqasının tarixinə düşdü

Şotlandiyanın "Reyncers" klubunun qapıçısı Alan Makqreqor UEFA Avropa Liqasının tarixinə düşüb.

Corner.az-ın məlumatına görə, Almaniyanın "Ayntraxt" (Frankfurt) klubuna qarşı matça start heyətində çıxan qolkiper turnirin finalında mübarizə aparan ən yaşlı oyunçu adını qazanıb.

40 yaş 107 günlüyündə olan Makqreqor bu göstərici ilə avrokubokların tarixində 3-cüdür. O, yalnız italiyalı həmkarı Dino Zoff (41 yaş 86 gün) və niderlandlı qapıçı Edvin van der Sardan (40 yaş 211 gün) geri qalır.

Qeyd edək ki, İspaniyanın Sevilya şəhərindəki "Ramon Sançes Pisxuan" stadionunda keçirilən "Ayntraxt" - "Reyncers" matçında penaltilər seriyasında Almaniya klubu qələbə qazanaraq çempion olub.







Avroliqa

AL:"Qalatasaray" xal itirdi
  • Avroliqa
  • 23:20 03.10.2024
AL:"Qalatasaray" xal itirdi