22 oktyabr 2024. Çərşənbə axşamı

AFFA finalla bağlı yeni açıqlama yaydı


  • Avroliqa
  • 12:40 30.04.2019
  • Oxunma sayı: 508
AFFA finalla bağlı yeni açıqlama yaydı

AFFA bu il mayın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək UEFA Avropa Liqası turnirinin final oyununa xarici vətəndaşların böyük marağı olduğunu açıqlayıb.

Corner.az xəbər verir ki, milli assosiasiya rəsmi saytı vasitəsi ilə yaydığı məlumatda bildirib ki, finala yüksələcək komandalar üçün nəzərdə tutulmuş 12 min + 4 min (hər bir finalçı üçün 6 min bilet nəzərdə tutulub, finala yüksələcək komandaların istəyinə uyğun olaraq hər biri üçün daha 2 min bilet əlavə oluna bilər) biletdən əlavə, UEFA tərəfindən onlayn satışa çıxarılmış 21 min 500 ədəd bilet məhz 100-dən artıq müxtəlif xarici ölkənin vətəndaşları tərəfindən alınıb.

Bundan başqa, UEFA-nın tərəfdaşları, sponsorları üçün də ayrılmış 3 mindən çox bilet Azərbayan vətəndaşı olmayan şəxslər tərəfindən əldə olunub.







Avroliqa

AL:"Qalatasaray" xal itirdi
  • Avroliqa
  • 23:20 03.10.2024
AL:"Qalatasaray" xal itirdi