- Avroliqa
- 21:00 11.11.2024
Avropa Liqasının final oyunu ilə əlaqədar UEFA nümayəndələri Bakıya növbəti dəfə səfər edib.
Corner.az xəbər verir ki, budəfəki səfər Bakı Olimpiya Stadionunda (BOS) ot örtüyünün vəziyyəti ilə tanışlıq məqsədi daşıyıb.
Mütəxəssislər ot örtüyünə baxış keçirdikdən sonra hazırkı vəziyyəti müsbət qiymətləndiriblər. Final oyununun təşkili ilə əlaqədar Əməliyyat Qrupunun BOS-dakı ofisində UEFA-nı təmsil edən mütəxəssislərlə AFFA-nın baş katibi Elxan Məmmədovun və Əməliyyat Qrupu üzvlərinin görüşü keçirilib, fikir mübadiləsi aparılıb.
Əməliyyat Qrupunda fəaliyyət göstərən mütəxəssislər final oyununa qədər qalan müddət ərzində BOS-un ot örtüyünü yüksək səviyyədə saxlamaq üçün müvafiq işlərin görüldüyünü bildirib, bunun üçün xüsusi avadanlıqlardan istifadə olunduğunu qeyd ediblər.
Qeyd edək ki, final qarşılaşması mayın 29-da təşkil olunacaq.