- Avroliqa
- 21:00 11.11.2024
"Avropa Liqasında mühüm iş görmək imkanımız var və bunu etməyə çalışacağıq\".
Corner.az-ın məlumatına görə, bunu İngiltərənin "Arsenal" klubunun baş məşqçisi Unay Emeri İspaniya "Valensiya"sı ilə keçirəcəkləri Avroliqanın 1/4 final mərhələsinin cavab görüşü ərəfəsində deyib. 48 yaşlı mütəxəssis sabiq komandası ilə səfər oyununa köklənmələrinin vacibliyini vurğulayıb:"Fikrimcə, biz daha möhkəm olmalı və 9 may qarşılaşmasına tam köklənməliyik. İngiltərə Premyer Liqasından sonra diqqəti fərqli turnirə yönəltmək böyük problem olur. Amma biz nə isə etməliyik\".
"Arsenal" Premyer Liqanın XXXVII turunda evdə "Brayton"la 1:1 hesablı heç-heçə edərək, bürünc medal şanslarını itirib. 67 xala malik "topçular"ın Çempionlar Liqasına vəsiqə verən 4-cü yeri tutmaları inandırıcı görünmür. Çünki həmin mövqedəki "Tottenhem" son tur öncəsi 3 xal öndədir. Bu halda, Emeri yalnız Avropa Liqasının qalibi olmağı hədəfləyə bilər ki, gələn mövsüm qitənin ən nüfuzlu klub turnirində çıxış edə bilsinlər."Arsenal" ilk yarımfinal matçında "Valensiya"nı evdə 3:1 hesabı ilə məğlub edib.
Qeyd edək ki, Avropa Liqasının final matçı mayın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək.(report)